Professional jurnalistika üzrə ödənişsiz seminar olacaq
MARAQLI
09:17 11.07.2011
1881
Seminar 2 aylıq proqram əsasında tədris olunacaq təlimlə tanışlıq xarakteri daşıyır. Bu seminara qatılmaqla aşağıdakılar barədə və həmçinin Televiziya, Radio, Qəzet jurnalistikası, PR haqqında daha ətraflı məlumat əldə edəcək, paktiki işlər görəcəksiniz:
1) Televiziyada prodüsser, aparıcı ve radaktor işi
2) Qəzet dizaynı, Qəzetdə xəbərin hazırlanması
3) Radioda müəllif verilişləri, Radio verilişlərini necə maraqlı hazırlamalı?
4) Elektron jurnalistika, Dəyişən dünya, dəyişən xəbərlər
5) Dünya İnformasiya Agentlikləri
6) Mətbuat xidmətlərinin fəaliyyəti, iş prinsipləri
7) PR nədir? Ölkəmizdə PR-ı necə qurmalı və inkişaf etdirməli
Seminar 16 İyul, saat 15:00-da STİMUL Education & Consultingin Caspian Plazada, korpus 3, mərtəbə 13-də yerləşən ofisində təşkil olunacaq. Treyner universitetlərdə jurnalistikadan dərs deyən, hal hazırda ANS TV-də çalışan təcrübəli jurnalist İradə İsakdır. Seminarda iştirak ödənişsizdir və arzu edən hər kəs qeydiyyatdan keçərək iştirak edə bilər.
Tanışlıq Seminarında və ya Təlimdə iştirak edə bilmək üçün Qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Ad və Soyadınızı, doğum tarixinizi, təhsilinizi, iştirak edəcəyiniz təlimin və ya seminarın adını və başlayacağı gün və saatı, əlaqə nömrələrinizi qeyd edərək [email protected]/* */ e-mail ünvanına göndərin.
Plaza Ofisi: C.Cabbarlı 44, Caspian Plaza (korpus 3, mərtəbə 13), Nizami M/S Telefon: (+994 12) 497 75 37; Mobil: (+994 55) 528 35 45
Baş Ofis: Dilarə Əliyeva 222, ADNA-nın 2-ci korpusu ilə üzbəüz, 28 May M/S Telefon: (+994 12) 493 89 32; Mobil: (+994 70) 297 75 37