Professor Eynəddin Məmmədov təltif olunub

Professor Eynəddin Məmmədov təltif olunub
SOSİAL
17:45 12.12.2024
197

Qərbi Azərbaycan İcmasının Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədov ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatındakı xidmətlərinə, müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə vətənimizin tərəqqisinə verdiyi töhfələrə görə "Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib. 

85 illik yubileyi münasibətilə keçirilən tədbirdə döş nişanını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yubilyara təqdim edib. 
Qeyd edək ki, Eynəddin Hüseyn oğlu Məmmədov 1939-cu il sentyabr ayının 13-də  İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlayıb. O, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olub,  Gəncə Tarix-ölkəşünaslıq muzeyində baş elmi işçi, indiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) buraxılan qəzetin məsul katibi, baş redaktoru, həmin təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dillər kafedrasının müdiri və bir sıra digər məsul vəzifələrdə çalışıb.  
E.Məmmədov çoxsaylı elmi, publisistik, metodiki məqalənin, portret-oçerkin, tədris proqramının, onlarla dərs vəsaitinin, monoqrafiya və kitabların müəllifi, ADAU Dillər kafedrasının professorudur. 
Professor Eynəddin Məmmədov 2018-ci ildə nəşr edilmiş "İrəvandan başlanan yol” adlı kitabında 36 il İrəvanın və quberniyanın Şeyxülislamı olmuş ulu babası Şeyx Məhəmmədbağır Qazızadənin şəcərəsini yazaraq bu qədim Azərbaycan torpağının tarixini yeni faktlar və sənədlərlə zənginləşdirmişdir. Onun İrəvan şəhərinin əzəli sakinlərinin etnik təmizləməyə məruz qalmasından bəhs edən məqaləsi "İrs" jurnalının son sayında dərc olunub. 
Elmi-pedaqoji və publisistik fəaliyyətlə yanaşı Eynəddin Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə də yaxından məşğul olur. 
Qeyd edək ki, E.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi” medalına və bir sıra digər ali təltiflərə də layiq görülüb. 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 ay əvvəl ailə qurduğu qadının başını kəsibmiş - Dünən baş verən qətl və intiharla bağlı DETALLAR
20:47 17.04.2025
5 ay əvvəl ailə qurduğu qadının başını kəsibmiş - Dünən baş verən qətl və intiharla bağlı DETALLAR
Ceyhun Bayramov Fələstin səfiri ilə müzakirə APARDI
20:39 17.04.2025
Ceyhun Bayramov Fələstin səfiri ilə müzakirə APARDI
14 yaşlı Zəhra özünü yaşadığı evdə asdı
20:30 17.04.2025
14 yaşlı Zəhra özünü yaşadığı evdə asdı
Reklam sənəti az olanların işidir - Elçin dilə gəldi
20:24 17.04.2025
Reklam sənəti az olanların işidir - Elçin dilə gəldi
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
20:18 17.04.2025
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Lənkəranda avtomobil su ötürücü kanala aşıb, xəsarət alan var
20:15 17.04.2025
Lənkəranda avtomobil su ötürücü kanala aşıb, xəsarət alan var
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
20:06 17.04.2025
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
Tokio Moskvaya etiraz etdi
19:47 17.04.2025
Tokio Moskvaya etiraz etdi
Aİ Suriyanın yenidən qurulması və digər beynəlxalq məsələlərdə Azərbaycanla siyasi dialoqda maraqlıdır
19:26 17.04.2025
Aİ Suriyanın yenidən qurulması və digər beynəlxalq məsələlərdə Azərbaycanla siyasi dialoqda maraqlıdır
Ali Məhkəmə Talibanın Rusiyada fəaliyyətinə qoyulan qadağanı dayandırıb
19:13 17.04.2025
Ali Məhkəmə Talibanın Rusiyada fəaliyyətinə qoyulan qadağanı dayandırıb
Yango Azerbaijan: Bakıda sürücülər bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər
18:56 17.04.2025
Yango Azerbaijan: Bakıda sürücülər bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər
KİV: "Real"ın baş məşqçisi klubdan ayrılacaq
18:56 17.04.2025
KİV: "Real"ın baş məşqçisi klubdan ayrılacaq
Yurgen Klopp Braziliya yığmasını və ya "Real"ı çalışdıra bilər
18:43 17.04.2025
Yurgen Klopp Braziliya yığmasını və ya "Real"ı çalışdıra bilər
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana səfər edib
18:29 17.04.2025
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana səfər edib
"Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır"
18:18 17.04.2025
"Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır"
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur
17:52 17.04.2025
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur