Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla müğənninin səsləndirdiyi fikirlərlə bağlı AZXEBER.COM-a açıqlama verib.
Professor bildirib ki, Azərbaycan səhiyyəsinə və həkimlərə qarşı cəmiyyətdə uzun müddətdir ki, mənfi münasibət var:
"Bu deyilənlərdə müəyyən haqq var. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, necə olur ki, Azərbaycan Tibb Universitetini bitirən həkimlərimiz gedib xarici ölkələrdə işləyə, orada aparıcı həkimlər ola bilirlər. Amma Azərbaycanda hamısı küncə sıxılıblar. Hansı ki, bu gün Almaniyada bizim xeyli həkimlərimiz var.”
Professor vurğulayıb ki, bu, düzgün yanaşma deyil:
"Əgər bizim həkimlərimiz millətin gözündə yetərincə deyilsə, deməli hüquqşünaslar da, iqtisadçılar da yetərincə deyil. Təbii ki, tənqid olunacaq xeyli məqamlar var. Biz bunları yavaş-yavaş qaydaya salmalıyıq. Səhiyyəmizi elə vəziyyətə gətirməliyik ki, tamamilə, vətəndaşın xeyrinə çalışa bilsin. Hazırda bununla bağlı işlər gedir, İcbari Tibbi Sığorta da bu istiqamətdə atılmış mühüm bir addımdır”.
Gülşad İbrahimova