Professor: “Pandemiya cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”

Professor: “Pandemiya cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”
SAĞLAMLIQ
11:57 12.06.2020
1140

"Pandemiya dövründə insanlar arasında təmasların minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”


AZXEBER.COM-un müsahibi ATU-nun Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudovdur.

- Əvvəlcə dermotoloji və veneroloji xəstəliklərin epidemiologiyası və etiologiyası haqqında qısa məlumat verməyinizi istərdik.

- Dermotovenerologiya bütün dünyada tibbin maraqli sahələrindən biridir və dermatoveneroloji xəstəliklər artan istiqamətdə gedir. Dermotovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir. Dəri xəstəlikləri etiologiyasina görə infeksion və qeyri-infeksion olmaqla ayırd olunur. Qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Bəziləri autoimmun mənşəlidir. Məsələn, pemfiqus, bulloz, epidermoliz və s. Bunların səbəbləri elmə hələ dəqiq məlum deyil, lakin bu, dermatovenerologiyanın geridə qalmasını göstərmir, sadəcə elm hər şeyi müəyyən edəcək səviyyəyə gəlib çatmayib. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı və bizə 4 belə xəstəlik məlum idisə, indi artıq 50-dən çoxdur, bu da diaqnostik metodların, cihazların inkişafı ilə əlaqədardır.

- Azərbaycanda bu sahəyə aid ən geniş yayılmış xəstəliklər hansılardır və diaqnostikası, müalicə və profilaktikası necə həyata keçirilir?

- Ötən əsrin 90-ci illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi. SSRİ dağıldıqdan sonra sərhədlər açıldı, daha çox ölkəyə gediş-gəliş yarandı, insanların biri-birilə təmasları artdı, nəticədə cinsi yolla keçən infeksiyalara yoluxanlar çoxaldı. Son 25 ildə artmış bəd xəstəliklərdən biri də sifilisdir. Lakin son 2 ildə də stabilləşmə müşahidə olunur. Sovet dönəmində zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. Lakin indi müalicə şəraitini xəstələr özləri seçir, bəzi hallarda anonim şəkildə də müalicə alırlar ki, bu da statistikaya təsir göstərir. Hal-hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi olması, aparılması üzrə işlər gedir.

- Pandemiya dövründə karantin rejiminin tətbiqi, izolyasiya tədbirlərinin görülməsi həm də yoluxucu dəri xəstəliklərinə öz təsirini göstərirmi?

-Pandemiya dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmaslar azalaraq minimuma enəcək, təbii ki bu da cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq. Həmçinin , fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunmalıdır.

–Dəri-zöhrəvi xəstəliklərin qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirlər vacibdir və kafedranızda müasir müalicə metodlarına dair elmi və praktiki işin vəziyyətini necə qiymətləndirərdiniz?

-Azərbaycan Tibb Universitetinin Dermotovenerologiya kafedrasının bazası Respublika Dəri-Zöhrəvi Mərkəzində yerləşir. Burada xəstələrin çoxluğu, laborator şərait həm tələbələrin, həm həkim-rezidentlərin elmi öyrənməsində, həm də elmi işlərin yazılmasında xüsusi əhəmiyyətə malikdir. Mərkəzdə yerləşən seroloji laboratoriyada sifilis və s. kimi xəstəliklərə diaqnoz qoymaq üçün lazımı avadanlıqlar, cihazlar vardır.

Eyni zamanda ATU-nun digər klinik laboratoriyaları da vardır ki, onlar da muasir diaqnostik əhəmiyyətə malik cihazlarla təmin olunmusdur.

Kafedramızda bu ildən sifilis haqqında elmi-praktik işlərin yazılmasında yeni istiqamət götürülmüşdür ki, bu barədə də 2 tibb üzrə fəlsəfə doktoru, 1 tibb elmləri üzrə doktorluq işləri gedir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz