Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib.
O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.
Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.
Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, "Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, "Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.