Professoru döyən nazir oğlunun vəkili jurnalisti hədələyir

Professoru döyən nazir oğlunun vəkili jurnalisti hədələyir
22:22 04.06.2012
2933
Bu gün  “Olaylar” İnformasiya Agentliyində “Yavər Camalovun oğlu professoru döydü” sərlövhəli xəbəri qarşı tərəfin kəskin hiddətinə səbəb olub. AZXEBER.COM qəzetin saytına istinadən xəbər verir ki, bu gün axşam saatlarında dəfələrlə redaksiyaya zəng edən və baş redaktoru xəbər alan şəxslər (biri özünü Yavər Camalovun və oğlunun vəkili kimi və Rəfiq adı ilə təqdim edib) redaksiyanın əməkdaşlarını hədələyiblər və “tez olun o xəbəri saytdan çıxarın” deyə təhdidedici ifadələr işlədiblər. Həmin şəxslərin son cümlələri bu olub: “Yoxsa sizin üçün pis olar”Qeyd edək ki, həmin xəbər AZXEBER.COM informasiya portalında da yayımlanıb. Xəbəri buradan oxuya bilərsiniz. https://www.azxeber.com/news/16968.htm
OXŞAR XƏBƏRLƏR