Prokuror Gözəl Bayramlıya 4 il iş istədi

Prokuror Gözəl Bayramlıya 4 il iş istədi
SOSİAL
17:01 23.01.2018
1174
Dövlət ittihamçısı AXCP sədrinin müavini Gözəl Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
AZXEBER.COM Bizimyol.info-ya istinadən xəbər verir ki, prosesdə çıxış edən prokuror G.Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilib.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edib.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.

OXŞAR XƏBƏRLƏR