Prokuror Vaqif Xaçatryana niyə 15 il həbs cəzası istəyib? - SƏBƏB

Prokuror Vaqif Xaçatryana niyə 15 il həbs cəzası istəyib? - SƏBƏB
SİYASƏT
11:17 07.11.2023
275
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam edir.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryanın 15 il azadlıqdan məhrum edilməsini istəyib. Prokurorun çıxışında Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlən Vaqif Xaçatryana 15 il cəza istəməsinin səbəbi izah edilib.

Onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərlə bağlı cəzanın ən yuxarı həddi məhz ömürlük azadlıqdan məhrumetmə cəzasıdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi 65 yaşı keçən şəxslərə ömürlük həddə azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir. Vaqif Xaçatryanın da yaşının 65-i keçməsi səbəbindən ona ömürlük cəza verilməsi mümkün deyil.

Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslərə ittiham olunduqları ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.

Lakin Vaqif Xaçatryan bu əməlləri 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olmuş qanunvericiliyinə əsasən, sülh və müharibə əlehinə olan cinayətlərə görə sanksiya həddi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası olub.

Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryanın hazırkı qanunvericilikdə olan sanksiya həddində deyil, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliyə əsasən cəzalanması hüquqi baxımdan tələblərə uyğundur.

Bu səbəbdən prokuror çıxışında Meşəli hadisələrində təqsirli bilinən şəxsə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə - 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı