“Prokurorluq orqanları hüquq-mühafizə sahəsində islahatların önündədir” - Əli Hüseynli

“Prokurorluq orqanları hüquq-mühafizə sahəsində islahatların önündədir” - Əli Hüseynli
SİYASƏT
21:24 11.08.2019
6076
Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirilib.

Prokurorluq orqanlarında işə növbəti qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir. 

Müsabiqə vakant 80 ştat vahidi üzrə elan edilib. İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər. 

Milli Məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq uzun illərdir Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir: 

"Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul əlbəttə ki, bu orqanda çalışan azərbaycan gənclərində hüquq-mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəltmişdir. Bilirsiniz ki, bu yaxınlarda möhtərəm prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsilə bağlı fərmanı da mövcuddur və prokurorluq orqanları həmışə olduğu kimi hüquq mühafizə sahəsində islahatların önündədir. Biz əminik ki, şəffaf üsullarla prokurorluq orqanlarına işə qəbul olunan gənclər prokurorluqda şərəflə xidmət edəcəklər, insan hüquqlarının qorunmasında fəal iştirak edəcəklər. Ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında prokurorluq orqanlarının müstəsna xidməti vardır. Son illər isə ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarızədə də prokurorluq orqanları öndədir. Və bir daha vurğulamaq istəyirəm ki, məhz belə şəffaf üsullarla həyata keçirilən test imtahanları yüksək peşəkarlığa malik olan yüksək bilik və bacarığı olan əməkdaşlar ölkəmizdə həyata keçirilən hüquqi islahatlara öz töhvələrini verəcəklər. Mən gənclərə uğurlar arzulayıram. Əminəm kü, ən biliklilər, ən bacarıqlılar öndə olacaq, prokurorluq orqanlarında işə qəbul olunacaqlar". 

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir. 

"Bugünkü imtahanda 258 nəfər iştirak edib. Müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir". 
 
///Azvision.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib