Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.
Şirvan Şəhər Prokurorluğu tərəfindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda şəhər prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması ilə qanuni qərarın qəbul edilməsi təmin ediləcək.