Prokurorluqdan məşhur aktrisa haqqında araşdırma başladıldı: Yalan məlumatlar yayıb

Prokurorluqdan məşhur aktrisa haqqında araşdırma başladıldı: Yalan məlumatlar yayıb
DÜNYA
11:26 16.05.2023
196
İstanbul Respublika Prokurorluğu seçkilərin nəticələri və sosial şəbəkələrdə zəlzələ bölgəsindəki seçicilərə qarşı təxribat xarakterli paylaşımlar edənlərlə bağlı revize istintaqa başlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Zeynep Beşerler də araşdırılan şəxslər arasında yer alıb.

İstanbul Baş Prokurorluğundan edilən yazılı açıqlamada, "14 may 2023-cü ildə keçirilən Prezident və Parlament Ümumi Seçkiləri ilə bağlı seçki və seçki nəticələri ilə bağlı, həmçinin sosial media hesabları vasitəsilə seçicilərə ünvanlanan zəlzələ bölgəsində ictimai asayişi çaşdıran, reallığa uyğun olmayan və cəmiyyətdə yanlış təsəvvür yaradacaq ictimai asayişi pozmağa yönəlmiş yalan məlumatlar yayan, təxribat xarakterli sosial media hesabları ilə bağlı ex officio araşdırmaya başlanılıb.
 
Sosial media hesabından paylaşım edənlər arasında aktrisa Zeynep Beşerlərin də olduğu bildirilib.
 
Beşerler Twitter hesabından paylaşım edərək, "Bu ölkə üçün bu qədər gerizəkalı çoxdur. Ayıbdır...", - sözlərini yazıb.

Həmin paylaşımı təqdim edirik:
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR