"Leninin adlandırdığı kimi desək, velikorus şovinizminin zaman-zaman baş qaldırdığı, çətin dövrlərdə isə indiki kimi tüğyan etdiyi bir ölkəni yönləndirənlərin Azərbaycanda yaşayan və bir-birinə doğma gözü ilə baxan xaqları üz-üzə qoymaq cəhdləri primitiv olduğu qədər də, özləri üçün təhlükəlidir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat Rusiya haqda sözlərinə belə davam edib:
"Rusiya qədər milli azlıqların özünkü saymadığı, hətta nifrət etdiyi ikinci bir dövlət yoxdur. Bu nifrət həm də ona görədir ki, onlar milli azlıqlaşdırılarkən "Rus kəndlisi haqqında" başlıqlı məqaləsində Maksim Qorkinin böyük təəssüf hissi ilə təsvir etdiyinə bənzər davranışlarla üzləşiblər və elə bu gün də üzləşirlər.
Deputat qeyd edib ki, imperialist Rusiyanın dəyişmək fikri yoxdur:
"Yeri gəlmişkən, rus həyatının bu nəhəng bilicisinin 1922-ci ildə Berlində yazdığı həmən məqalə hələ də vətənində dərc olunmayıb. Niyəsi yəqin aydındır. Yəni nə düzəlmək, nə də aşağılıq kompleksindən qurtarmaq fikirləri var. Burada aşağılıq kompleksi ifadəsini ona görə işlədirəm ki, Qorkinin "Rus kəndlisi haqqında" məqaləsində əksini tapan vəhşiliklər də, Leninin bəhs etdiyi velikorus şovinizmi də məhz ondan qaynaqlanır.
Deputat Rusiyada Azərbaycanı qarşı təhqir edənlərə də cavab verib:
"Beləliklə, propoqanda itlərini (adlarını çəkmirəm, bu onlar üçün şərəf olar) Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki, onların hərəkəti çatlarla dolu çoxmərtəbəli şüşə binada əyləşib möhkəm özülü olan və klinker kərpicdən tikilən evdəkilərə daş atdırmağa bənzəyir”.