AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, müasir avtomobillər artıq sadəcə mühərrikdən ibarət deyil. Onlar indi həm də proqram təminatı ilə işləyir. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Amma, 5 il əvvəlki avtomobilin prosessoru bu yükü qaldıra bilmir.
Avtomobil elektriki Xaliq Əliməmmədov deyir ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq adı ilə onun sürətlənmə gücünü və ya şarj sürətini gizlicə azalda bilir.
Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?
Xaliq Əliməmmədov bildirib ki, avtomobilin əyləc və təhlükəsizlik sistemləri bu yavaşlamadan sığortalanıb, yəni proqram donanda sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən artıq mühərrik gücü ilə yanaşı, onun prosessor gücünü və əməliyyat yaddaşını da soruşmalı olacağıq. Əks halda avtomobil bir neçə yenilənmədən sonra istifadəyə yararsız hala gələ bilər.










































