Prorektorun qətlini sifariş verən keçmiş rektorla bağlı QƏRAR

Prorektorun qətlini sifariş verən keçmiş rektorla bağlı QƏRAR
SOSİAL
17:04 17.01.2024
218
"Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib. O, bildirib ki, təqsirləndirilən şəxs ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər, ona görə də iclasın təqsirləndirilən şəxslərin səmimi etiraf etmələri üçün qapalı keçirilməsi vacibdir.

Müşfiq Atakişiyev və digər təqsirləndirilən şəxslər vəsatəti müdafiə ediblər. Prokuror Cövdət Mehrəliyev isə vəsatətin təmin olunmamasını istəyib.

Onun sözlərinə görə, cinayət işinin materiallarında sirr təşkil edən hala rast gəlinməyib, əgər proses vaxtı bu hallar müəyyən edilərsə, həmin hissə qapalı keçirilə bilər.

Hakim deyib ki, prosesin qapalı keçirilməsi üçün əsas yoxdur. Bu səbəbdən hakim vəsatəti təmin etməyib. Deyib ki, prosesin gedişində qapalı keçirilməsinə hər hansı bir zərurət yaranarsa, bu məsələ müzakirə oluna bilər.
Məhkəmə baxışı yanvarın 22-ə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarına əsasən, "Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.

Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbirləri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
17:27 20.07.2026
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
17:17 20.07.2026
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
16:55 20.07.2026
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
16:52 20.07.2026
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
16:48 20.07.2026
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
16:46 20.07.2026
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
16:43 20.07.2026
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
16:27 20.07.2026
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
16:18 20.07.2026
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
15:59 20.07.2026
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
15:47 20.07.2026
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
HƏMAS-ın yeni lideri bəlli oldu
15:41 20.07.2026
HƏMAS-ın yeni lideri bəlli oldu
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
15:37 20.07.2026
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
15:35 20.07.2026
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda