"Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış "Sabit genişzolaqlı internet xidmətləri üzrə Fevral 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Fevral ayı üzrə təqdim edilən hesabat əvvəlki aylardan fərqli olaraq internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.
Sürət kateqoriyaları
- Çox yüksək sürət – 150+ Mbps
Çox yüksək performans təqdim edən provayderlər.
- Yüksək sürət – 101 – 149 Mbps
Yüksəksəviyyəli, genişzolaqlı xidmət təqdim edən provayderlər.
- Orta sürət – 50 – 100 Mbps
- Aşağı sürət – 1 – 49 Mbps
Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Kateqoriyalar "Ookla Speedtest Intelligence” platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.
Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:
- median yükləmə sürəti 91,38 Mbps,
- median yükləmə sürəti (upload) 93,12 Mbps,
İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:
- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,
- provayderlər arasında sağlam rəqabətin təşviqinə,
Agentlik "Ookla” ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.










































