Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi” , “İslahatçı Gənclər İctimai Birliyi”-nin Psixologiya Mərkəzi ilə birgə təşkil etdiyi “Psixologiya Akademiyası” layihəsinin açlışı və layihə çərçivəsində ilk təlim keçirilib .
Layihənin açlışında “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin rəhbəri Təranə Məmmədova , “Psixologiya Akademiyası” layihəsinin rəhbəri Fidan Azərqızı və “Yalanın Beynalxaq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri,biznes təlimçisi ,yalan üzrə exspert –Təbriz Hacıyev iştirak edib.
“Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”in rəhbəri Təranə Məmmədova hər kəzi salamlayaraq,iştirakçıları , “Psixologiya Akademiyası” layihəsində iştirak hüququ qazandıqları münasibəti ilə təbrik edib.Daha sonra iştirakçıları ən böyük psixoloji layihə olan , “Psixologiya Akademiyası” layihəsi çərçivəsində peşəkar espertlərin iştirakı ilə keçiriləcək təlim, seminarlar və görüşlər haqqında qısa məlumat verib.
Layihə rəhbəri Fidan Azərqızı layihəyə müraciət edənlərin 720 nəfər olduğunu və müsahibə yolu ilə 159 iştirakçının layihədə iştirak hüququ qazandığını qeyd edib .
Daha sonra layihə iştirakçıları iki qrupa ayrılaraq layihə çərçivəsində ilk təlim baş tutub.Təlim Təbriz Hacıyev tərəfindən aparılıb.Sonda iştirakçıların sualları nəzəri və praktiki olaraq mütəxəssis tərəfindən cavablandırılıb.