Fransanın PSJ klubu baş məşqçisi Luis Enrikenin müqaviləsinin müddətini uzadır.
Paris təmsilçisi bu gün qərarı rəsmən açıqlayacaq.
Qeyd edək ki, 54 yaşlı mütəxəssisin hazırkı sözləşməsinin müddəti yayda başa çatmalı idi. O, 2023-cü ildən PSJ-nin baş məşqçisidir.