PSJ - "Bavariya" matçının hakimləri açıqlandı

PSJ - "Bavariya" matçının hakimləri açıqlandı
İDMAN
17:26 20.08.2020
1115
Almaniyanın "Bavariya" və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb. 

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq. 

4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək. 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

OXŞAR XƏBƏRLƏR