PSJ-dən 60 milyon avroluq transfer

İDMAN
19:30 25.05.2023
243
PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Paris təmsilçisi Portuqaliya "Sportinq”indən Manuel Uqartenin transferini həll edib.

Klublar uruqvaylı futbolçunun keçidi ilə bağlı 60 milyon avroya razılaşıblar. 22 yaşlı dayaq yarımmüdafiəçisi PSJ ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Manuel Uqarte bu mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
OXŞAR XƏBƏRLƏR