PSJ Markinyosla müqaviləni uzadır

İDMAN
18:43 10.04.2023
220
Fransanın PSJ klubu brazilyalı kapitanı Markinyosla müqaviləni uzadır.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Müdafiəçinin müqaviləsinin 2027-ci ilin yayınadək artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan 28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir.
O, Paris klubunun forması ilə 400-cü matçını keçirib.

Müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub.
OXŞAR XƏBƏRLƏR