PSJ Mbappeyə iyulun 31-dək vaxt qoydu

İDMAN
19:47 07.07.2023
259
PSJ klubu fransalı hücumçu Kilian Mbappeyə ultimatum göndərib.

Bu barədə "Sky Sports"un məlumatında deyilir.

Klub bildirib ki, o, iyulun 31-ə qədər karyera gələcəyi ilə bağlı qərar verməlidir.

Mənbənin məlumatına görə, Paris klubu futbolçudan müqavilənin ən azı 2025-ci ilə qədər uzadılmasını tələb edir.

Mbappe yeni müqavilə imzalamaqdan imtina edərsə, PSJ onu ən böyük məbləği təklif edəcək kluba satacaq.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir və daha bir il uzadılma imkanı var.

Xaırladaq ki, Mbappe 2017-ci ilin yayında "Monako"dan icarə əsasında PSJ-yə keçib. Bir mövsüm sonra parislilər onun transferini 180 milyon avroya reallaşdırıblar. Bu transfer hələ də futbol tarixinin ən bahalı transferi reytinqində ikinci yerdədir.
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR