PSJ Mourinyo və Ronaldo ilə danışıqlar aparır

İDMAN
17:02 01.11.2012
1276

Fransanın PSJ klubu "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonu transfer etməkdə israrlıdır.

Qol.Az-ın “La Gazetta dello Sport”a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi Ronaldo ilə danışıqlar aparır.

Fransa klubu 27 yaşlı futbolçunun transferi üçün yüksək məbləğindən keçməyə hazır olduğunu açıqlayıb. LakinPSJ-nin Ronaldo ilə yanaşı, "Real"ın baş məşqçisi Joze Mourinyo ilə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, həm Ronaldo, həm də Mourinyonun mövsümün sonunda "Real"dan ayrılacağı istisna edilmir.

OXŞAR XƏBƏRLƏR