PSJ rəhbərliyi baş məşqçiyə iki oyunluq vaxt verdi

İDMAN
19:50 04.04.2023
308
Fransanın PSJ klubunun rəhbərliyi baş məşqçi Kristofer Qaltyeyə postunda qalması üçün iki oyunluq vaxt verib.

57 yaşlı mütəxəssisin gələcəyi qarşıdakı matçlardan asılıdır.

Liqa çempionluğu təhlükə altında olacağı təqdirdə Qaltye istefaya göndəriləcək.

Bu, baş verməsə belə, fransalı baş məşqçinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Paris təmsilçisi aprelin 8-də "Nitsa", növbəti həftə isə "Lans"la üz-üzə gələcək.

Qeyd edək ki, PSJ hazırda Liqa 1-də 66 xalla liderdir. "Marsel" və "Lans" 60 xalla növbəti sıraları bölüşdürürlər.
 
///Report
OXŞAR XƏBƏRLƏR