PSJ Şkrinyar üçün "Fənərbaxça"dan 20 milyon avro istəyir

PSJ Şkrinyar üçün "Fənərbaxça"dan 20 milyon avro istəyir
İDMAN
19:40 03.06.2025
720
"Fənərbaxça" Milan Şkrinyarı heyətində saxlamaq üçün PSJ ilə danışıqları davam edir.

Fransa mətbuatı PSJ-nin Milan Skrinyar üçün "Fənərbaxça"dan istədiyi transfer haqqını açıqlayıb.

İddialara əsasən, PSJ-nin Şkrinyar üçün transfer tələbi 20 milyon avrodur.

Paris təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan təcrübəli futbolçunun transferi üçün danışıqlar mərhələsi davam edir.

"Fənərbaxça"nın heyətində 23 matçda forma geyinən slovakiyalı müdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR