"Liverpul"dan 120 milyon avro transfer haqqı və 40 milyon avro bonusla "Barselona"ya keçən Filipe Kountinyo PSJ-də peyda ola bilər.
AZXEBER.COM fanat.az-a istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, "Tuluza" ilə oyunda Neymarla mübahisə edən Kilian Mbappeni PSJ rəhbərliyi komandadan göndərmək istəyir. Rəhbərlik gənc ulduzu "Barselona"ya təklif etmək, qarşılığında Filip Kountinyonu almaq istəyir.
Bu transfer daha çox Neymarın işinə yarayacaq. Çünki braziliyalı ulduz həmyerlisi ilə çox yaxın dostdur.