Fransanın PSJ klubu yayda Markinyosu satmağı planlaşdırır.
30 yaşlı futbolçu ötən yaydan Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Son bir ildə isə müdafiəçini heyətinə qatmaq istəyənlərin sayı artıb. Baş məşqçi Luis Enrike PSJ-ni yenidən formalaşdırmaq istədiyi üçün braziliyalı oyunçunu qarşıdakı "transfer pəncərəsi"ndə buraxmağa hazırdır.
Qeyd edək ki, Markinyos bu mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.