Günəş bu gün Şir bürcündə səyahətinə başlayır. Yeni münasibətə başlamaq üçün əla zamandır.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Günəş bu gündən etibarən Aslan bürcündə hərəkətə başlayır.
Bu müddətdə özümüzə inam artır, əvvəl çəkinib geri durduğumuz mövzularda daha cəsarətli oluruq. Özümüzü ifadə etmək, diqqət mərkəzində olmaq daha asanlaşır. Sosial həyat canlanır, dost görüşləri artır. Evdə oturmaq yerinə əyləncəyə, insanlarla vaxt keçirməyə üstünlük veririk.
Flört enerjisi yüksəlir, duyğularımızı ifadə etmək və yeni münasibətlərə başlamaq üçün ideal zamandır. Yaradıcı tərəfimiz önə çıxır, iş həyatında fikirlərimizi açıq şəkildə ortaya qoymaq istəyirik. Özünə güvən, motivasiya və tanınmaq arzusu artır.
Uşağı olmaq istəyənlər üçün də şanslı dövr ola bilər. Həmçinin, uzun müddətdir planladığımız, amma bir cür başlaya bilmədiyimiz layihələr üçün indi cəsarət tapırıq. Risk almaqdan çəkinmirik.
Lakin Günəş Aslan bürcündə olarkən büdcəni aşan alış-verişlərə, xüsusilə geyim, aksesuar və tətil kimi sahələrdə lüks xərclərə meyl arta bilər".
Oksana