"Pul istəyən həkimin gözünü çıxartmaq lazımdır" - Baş həkim

"Pul istəyən həkimin gözünü çıxartmaq lazımdır" - Baş həkim
SOSİAL
19:35 23.02.2017
13889
"Pul vermirsə, xəstəyə baxmıram” deyən həkimin gözünü çıxartmaq lazımdır”.
Bunu 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov Lent.az-a açıqlamasında deyib.

Son zamanlar dövlət tibb  müəssisələrində müayinə və müalicə xidmətlərinin pullu olması və rüşvət halları ilə bağlı yayılan fikirlərə münasibət bildirən Z.Əsədov bildirib ki, özünün rəhbərlik etdiyi xəstəxanada rüşvət halları yoxdur və bütün xidmətlər pulsuz həyata keçirilir.
 
Baş həkim deyib ki, bu gün də 5 saylı Kliniki Xəstəxanada heç bir tibbi xidmət üçün pul tələb edilmir: "Əvvəllər dövlət xəstəxanalarında pullu xidmət olsa da, prezident İlham Əliyevin müvafiq sərəncamından sonra qanunlarla ölkədə bütün dövlət tibb müəssisələrində pullu tibbi xidmət  qadağan edilib. Onu deyim ki, bizdə poliklinika şöbəsi olmasa belə, müraciət edən istənilən xəstənin müayinələrini tam pulsuz yerinə yetiririk. İddia edildiyi kimi hansısa xəstədən pul istəmək, ya pul tələb etmək məsələsi yoxdur”.
 
Baş həkim qeyd edib ki, fəaliyyətdə olan istənilən tibb müəssisələrində çatmazlıqlar, şikayətlər ola bilər: "Bizim xəstəxanada şəhid ailələri, qaçqın və məcburi köçkünlər, yaşlı və kimsəsiz şəxslər, müharibə veteranları, müxtəlif səbəblərdən əlil olan şəxslərin hamısına xüsusi güzəşt edilir. Onları  növbədənkənar  qəbul edib əlimizdən gələn nə varsa, onu yerinə yetiririk. Hətta həmin şəxslərin bir deyil, bir neçə dəfə müayinədən keçirilməsini tapşırmışıq ”.

Z.Əsədov vurğulayıb ki, xəstəxanada rüşvət halları  olmasa da, hansısa xəstə həkiminə minnətdarlığını ifadə etmək üçün bir qutu şokolad, ya bir dəstə gül gətirir və tələb də edir ki, buna mane olmayaq: "Bunun  qabağına durmamışıq. Çünki xəstə özü deyir ki, bunu minnətdar olduğu üçün özü etmək istəyir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib