"Pul təklif edirlər ki, bizi parodiya edin" - Rafael

"Pul təklif edirlər ki, bizi parodiya edin" - Rafael
MAQAZİN
15:39 24.04.2017
2076
"Bizdən parodiya olunması üçün xahiş edənlər çoxdur”
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar artisti Rafael İskəndərov deyib.
 
O deyib ki, parodiya olunmaları üçün pul təklif edənlər də var "Ən əsas parodiya olunmaq istəyənlər var onlar deyirlər, parodiya edirik. Amma sifarişlə yox. Məsələn Elarizi uzun müddət paradiya etməyəndə, "Mənimlə danışmırsız? Adımı çəkmirsiz, son vaxtlar” deyir. Korifey sənətkarların xətrinə dəymək istəmirik, ona görə bəzən özlərinə əvvəlcədən deyirik. Az tanınan insanlar parodiya olunması üçün xahiş edir. Hətta pul da təklif edirlər. Ona başa salırıq ki, öncə sənin duzun olsun, tanınasan ki, biz də səni parodiya edək.”
 
Rafael film çəkmək istədiklərini də dilə gətirib. "Pələng hələ pusqudadır. Parçalamağı gözləyir. Əslində biz film çəkəndə heç kim heç nə çəkmirdi. İndi kino aləmi inkişaf etməyə başlayıb”
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR