Pul xərcləmədən alış-veriş etmək mümkün oldu - Beyni aldadan yeni trend

Pul xərcləmədən alış-veriş etmək mümkün oldu - Beyni aldadan yeni trend
SOSİAL
14:22 08.06.2026
308
Cənubi Koreyada alış-veriş həvəskarları arasında yeni bir internet trendi yayılmağa başlayıb. "Dopamin saytları” adlandırılan platformalar istifadəçilərə heç bir ödəniş etmədən onlayn alış-veriş təcrübəsi yaşamaq imkanı təqdim edir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu saytların əsas məqsədi insanlara pul xərcləmədən alış-veriş hissini yaşatmaq və bunun yaratdığı emosional məmnuniyyəti təmin etməkdir.
 
Platformalarda istifadəçilər real internet mağazalarında olduğu kimi məhsulları seçə, səbətə əlavə edə və sifariş yarada bilirlər.

Bununla yanaşı, sifarişin emal mərhələsini izləmək, hətta virtual kuryenin hərəkətini izləmək də mümkündür. Lakin prosesin sonunda heç bir məhsul göndərilmir və istifadəçidən hər hansı ödəniş tələb olunmur.

Mütəxəssislərin fikrincə, bu platformalar alış-veriş zamanı insan beynində yaranan mükafatlandırma hissini təqlid edir. Belə ki, məhsul seçmək, sifariş vermək və çatdırılmanı gözləmək kimi mərhələlər beyində dopamin ifrazını stimullaşdıraraq müsbət emosiyalar yarada bilir.

Trend xüsusilə gənclər arasında maraqla qarşılanır. Bəzi istifadəçilər bu üsulun impulsiv alış-verişin qarşısını almağa kömək etdiyini desələr də, ekspertlər uzunmüddətli təsirlərin hələ tam araşdırılmadığını bildirirlər.

 
Aysel
OXŞAR XƏBƏRLƏR