"Pullu kişinin övladı sənətçi olmaz" - Əməkdar artist

"Pullu kişinin övladı sənətçi olmaz" - Əməkdar artist
MAQAZİN
10:53 12.02.2026
243
"Pullu kişinin övladı musiqiçi ola bilər, sənət əsərləri ifa edə bilər, amma toyda ifa etməz. Toya gedənlər kasıb ataların övladlarıdır".
 
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva deyib.
 
"Günə uğurla" verilişində qonaq olan xanəndə maraqlı açıqlamalar verib:
 
"Pullu kişinin övladı niyə müğənni olsun? Gedər oxuyar, böyük adam olar. Onu müğənni, musiqiçi olomağa elə kasıbçılıq vadar edir. Adətən o vaxtı pullu kişilər övladına miras piano qoyardı. O uşaqlar isə ifa etməyi özləri üçün öyrənirdilər. Amma pul qazanmaq istəyən kasıb insanlar onu ifa etməyi öyrənirdilər ki, gələcəkdə pul qazansınsınlar. Çünki əvvəl sənəti öyrənmək, sonra ondan pul qazanamaq lazımdır.
 
Çıxsın biri desin ki, atam pullu kişi olub. Onda sən niyə gəlib saz çalan olmusan? Pullu kişinin övladı musiqiçi ola bilər, sənət əsərləri ifa edə bilər, amma toyda ifa etməz. Toya gedənlər kasıb ataların övladlarıdır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR