"Azərbaycanda COVİD-19-u hamı keçirməlidir"

SAĞLAMLIQ
12:50 01.09.2020
1853
Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var - "buzlu şüşə”.

Bəzən bunu "buz kristalı”, "buz parçası” kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır.

"Buzlu şüşə” nədir və onun əlamətlərini necə bilmək olar?

AZXEBER.COM xəbər verir ki,pulmonoloq, reanimatoloq Vüqar Səfərov BAKU.WS-ə açıqlamasında bildirib ki, əgər insanda temperatur varsa, təngnəfəslik, halsızlıq, tərləmələr olursa, vaxtında kompüter tomoqrafiyasından (KT) keçmək lazımdır.

"Bəzən koronavirus analizi neqativ çıxa bilər. Testin neqativ çıxması normaldır. Çünki yaxmanı burun, boğazdan götürürlər.

Burun və boğazda virus 3-4 gün yaşayır. Sonra keçir ağ ciyərlərə, bronxlara. Bu zaman testin neqativ çıxmağı o demək deyil ki, onda virus yoxdur. Yəni viruslu adamla kontaktda olublarsa, mütləq KT-dən keçib, vaxtında aşkarlanmalıdır. Bütün dünyada bu yeganə olaraq KT-dən sonra aşkar olunur”, - deyə həkim bildirib.

"Buzlu şüşə” insanın ölümünə səbəb ola bilər.

Əgər "buzlu şüşə” vaxtında aşkar edilməzsə, bu zaman insan ölə bilər:

"Buzlu şüşə” artır, təngnəfəslik, boğulma və tənəffüs çatışmazlığı baş verir. Bu da xəstənin ölümünə gətirib çıxara bilər.

"Buzlu şüşə”nin yoluxuculuq qabiliyyəti yoxdur. Yalnız o əsnəkdə olan zaman, yeni yoluxma zamanı xəstədən xəstəyə keçə bilər.

"Buzlu şüşə” varsa, müalicə ən az 2-3 ay aparılmalıdır. Müalicə zamanı həm virus əleyhinə preparatlar, həm də digər müalicə vasitələri tətbiq olunur”.

Azərbaycanda COVİD-19-u hamı keçirməlidir.

Vüqar Səfərov deyir ki, aprel, may, iyun və iyul aylarında "buzlu şüşə” vahiməsi yaranmışdı. Həmin dövrlərdə belə xəstələrin sayı hər gün artırdı.

İndi isə "buzlu şüşə”li xəstələrin sayı 70 faiz azalıb. Ümumiyyətlə, koronavirusu hamı keçirməlidir. Bu, virusdur, adicə keçici qripdir.

Bunu hamı keçirir, bəzisi yüngül, bəzisi isə ağır. Bəziləri elə keçirir ki, heç xəbəri olmur. Bu virusu əsasən yaşlılar, şəkər xəstələri, ürək xəstələri ağır keçirirlər.

Gənclər və orta yaşda olan insanlar müalicədən sonra tamamilə sağalır və heç bir problem yaranmır.

Lakin immunineti möhkəm saxlamaq, normal qidalanmaq və sağlam həyat tərzi keçirmək lazımdır”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet