"İndi canlı oxuya bilməyən müğənnilər pul ilə verilişə çıxırlar, adını da qoyurlar ki, tapşırıqla getmişəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev deyib.
"Tarixin bir günü" verilişində son zamanlar canlı oxuya bilməyən müğənnilərin efirlərə dəvət almasını qınayan Tolik, həmin müğənnilərə səslənib:
"Mən başa düşə bilmirəm ki, bu müğənni oxuya bilmirsə, niyə efirlərə dəvət alır? O məşhur xaric ifası ilə tanınan müğənni, yenidən Zaur Nəbioğlunun verilişinə qonaq olub. Özü də etiraf edir ki, mahnını xaric oxudum, ondan sonra məni toylara dəvət etdilər, 80 min manat pul qazandım. Bu nə deməkdir? Deməli o müğənnini toya çağıranların musiqi zövqü yoxdur. Ən dəhşətlisidə odur ki, orda-burda deyirlər ki, pul vermirəm, məni tapşırmışdılar. İndi sizi mənə də, mənim rəhbərliyimə də tapşırsınlar, görüm verilişimə çıxa biləcəksiz? Heç vaxt!".
Aysel