"Pulu olmayanı otel də çıxarıb atır çölə" - Dubaydan qayıda bilməyən Elcan

"Pulu olmayanı otel də çıxarıb atır çölə" - Dubaydan qayıda bilməyən Elcan
MAQAZİN
10:19 04.03.2026
357
Xəbər verdiyimiz kimi, aktyor Elcan Rəsulov Birləşmiş Ərəb Əmirliklərindən Bakıya qayıda bilmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə aktyor yenidən instaqram səhifəsində paylaşım edib.

Elcan bildirib ki, pulu olmayan vətəndaşları otellər qəbul etmir: 
 
"Hazırda Dubaydan FlyDubai uçuş həyata keçirir. Bu gün Bakıya yalnız səhər saatlarında bir təyyarə sağ salamat getdi, şükür. Saat 18:15-də qalxmalı olan təyyarə hələ də Dubaydadır. Adamlar artıq təyyarənin içində idilər və qalxmağını gözləyirdilər. Yəqin ki, Dubayda ABŞ konsulluğuna dron zərbəsindən sonra 
vəziyyət bir az qarışıb. Adamları artıq təyyarədən düşürüblər. Təyyarədə nasazlıq adıyla. İnşallah bu gecə yola düşərlər. Azal sadəcə email yazdı ki, reysiniz ləğv olunub, başqa məlumat yoxdur.
 
Qayıtmaq bileti olan hamının son ümidi Fly Dubay reysləridir. Hamı kimi mən də o reyslərin birinə bilet almışam. Bu gedişatla o reyslər də ləğv olunmasa yaxşıdır. Buraya gediş dönüş biletini, otelini əvvəlcədən alıb kiçik büdcəylə gələn adamlar var. Pulu olmayanı otel də çıxarıb atır çölə. Heç Fly Dubaydan da bilet almağa imkanı olmayacaq. Fakt bu dəqiqə Elçin adında həmyerlimiz Baniyasda parkda skamyanın üstündə gecələyir."
 
Aysel 
OXŞAR XƏBƏRLƏR