Bu gün səhər "Xəzər" telekanalında yayımlanan verlişlərdən birinin qonağı olan əməkdar artist Elza Seyidcahan səs-küylü şeirlərindən birini səsləndirib.
AZXEBER.COM Milli.Az-a istinadən xanım bəstəkarın dediyi həmin şeiri təqdim edir:
Gözlərimi gün düşəndə
Gözlərimin rəngi gülür.
Gülçəməndə,
Siz öpüşəndə.
Mən görürəm sizi
Düşünəndə...
Təpəmdə, sürüşəndə-sürüşəndə.
Sürüşün görüm sürüşə-sürüşə hara gedirsiniz?!
Üzülüşəndə...
Onda məni haraylayar, çağırarsınız
Bir-birinizə girişəndə.