Püşk atıldı - "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli oldu

Püşk atıldı - "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli oldu
İDMAN
14:16 18.07.2022
582
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

AZXEBER.COM-un məlumatına görə, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR