Püşk atıldı: “Real Madrid”in yenə bəxti gətirdi

İDMAN
13:52 15.04.2016
2880

Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələsinin cütləri məlum olub.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma Bakı vaxtı ilə saat 13.30-da başlayıb.

ÇL-də yoluna davam edən dörd komanda əvvəl iki yarımfinal cütünü təşkil edəcəkdi. Sonra isə mayın 28-də, Milanın Cüzeppe Meatsa stadionunda keçiriləcək final matçının nominal meydan sahibi bilinəcəkdi.

Komanda.az xəbər verir ki, püşk Çempionlar Liqasının yarımfinalında "Bavariya"nı "Atletiko" ilə, "Real"ı isə "Mançester Siti"ylə üz-üzə qoyub.

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-27-də, cavab görüşləri isə mayın 3-4-də olacaq.

Çempionlar Liqası, yarımfinal

Mançester Siti (İngiltərə) - Real (İspaniya)

Atletiko (İspaniya) - Bavariya (Almaniya)

OXŞAR XƏBƏRLƏR