Püşkatmada bəxt üzümüzə gülmədi - - İtaliya, Bolqarıstan, Norveç, Malta və Azərbaycan

İDMAN
16:26 23.02.2014
1949
Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Fransanın Nitsa şəhərindəki Akropolis Konqress Mərkəzində (Palais des Congres Acropolis) baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Mərasimdə Azərbaycan da təmsil olunacaq. Belə ki, AFFA-nın baş katibi Elxan Məmmədovla milli komandamızın baş məşqçisi Berti Foqts püşkatmaya qatılmaq üçün Nitsaya yollanıb.
Azərbaycan püşkatmaya 5-ci səbətdən qoşulacaq. Ev sahibi Fransa tarixdə ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək turnirə birbaşa vəsiqə qazanacaq. Fransadan başqa Avropanın 53 komandası 9 qrupa bölünəcək. Qrupların 1-də 6, qalanında 5 komanda olacaq.
UEFA bir müddət əvvəl komandaları 6 səbətə bölünüb. Səbətlərin tərkibi DÇ-2010-un seçmə və final, AVRO-2010-un seçmə və final, həmçinin DÇ-2014-ün seçmə mərhələlərinin nəticələrinə əsasən UEFA-nın hazırladığı milli komandaların reytinq cədvəlinə uyğun hazırlanıb. İlk 5 səbətdə 9, sonuncuda 8 komanda yer alıb.
2-ci səbət:Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya.

A qrupu

Bqrupu

Cqrupu

1.Hollandiya

1.Bosniya və Hersoqovina

1.İspaniya

2. Çexiya

2. Belçika

2. Ukrayna

3.Türkiyə

3.İsrail

3.Slovakiya

4.Latviya

4.Uels

4.Belarus

5.İslandiya

5.Cənubi Kipr

5.Makedoniya

6.Qazaxıstan

6.Andorra

6.Lüksemburq

D qrupu

Eqrupu

Fqrupu

1.Almaniya

1.İngiltərə

1.Yunanıstan

2. İrlandiya

2. İsveçrə

2. Macarıstan

3.Polşa

3.Sloveniya

3.Rumıniya

4.Şotlandiya

4.Estoniya

4.Finlandiya

5.Gürcüstan

5.Litva

5.Şimali İrlandiya

6.Cəbəllütariq

6.San Marino

6.Farer adaları

G qrupu

Hqrupu

Iqrupu

1.Rusiya

1.İtaliya

1.Portuqaliya

2. İsveç

2. Xorvatiya

2. Danimarka

3.Avstriya

3.Norveç

3.Serbiya

4.Çernoqoriya

4.Bolqarıstan

4.Ermənistan

5.Moldova

5.Azərbaycan

5.Albaniya

6.Lixtenşteyn

6.Malta

UEFA Avropa çempionatının seçmə mərhələsinin formatında dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra əvvəllər olduğu kimi bütün qruplarda oyunlar eyni gündə keçirilməyəcək. UEFA tərəfindən "Futbol həftəsi" adlandırılan milli matçlar həftəsində qarşılaşmalar cümə axşamından çərşənbə axşamınadək oynanılacaq. Oyunların başlama saatı olaraq şənbə və bazar günləri Bakı vaxtı ilə saat 21.00 və 23.45, cümə axşamı, cümə günü, bazar ertəsi və çərşənbə axşamları 23.45 müəyyənləşdirilib.
Bu formata görə, milli komanda həftəsində ilk matçını cümə axşamı oynayan yığmalar ikinci oyununu bazar günü, ilk matçını cümə günü keçirən komandalar isə ikinci oyununu bazar ertəsi, ilk matçını şənbə günü oynayanlar isə ikinci oyununu çərşənbə axşamı keçirəcək. Beləliklə, futbolsevərlər daha çox oyun izləmək imkanına sahib olacaq.
AVRO-2016: seçmə mərhələnin oyun günləri
1-ci oyunlar: 7-8-9 sentyabr 2014
2-ci oyunlar: 9-10-11 oktyabr 2014
3-cü oyunlar: 12-13-14 oktyabr 2014
4-cü matçlar: 14-15-16 noyabr 2014
5-ci matçlar: 27-28-29 mart 2015
6-cı matçlar: 12-13-14 iyun 2015
7-ci matçlar: 3-4-5 sentyabr 2015
8-ci matçlar: 6-7-8 sentyab 2015
9-cu matçlar: 8-9-10 oktyabr 2015
10-cu matçlar: 11-12-13 oktyabr 2015
53 yığmanın mübarizə aparacağı 6 komandalı 8 və 5 komandalı 1 qrupda ilk iki sınarı tutan 18 komanda və ən yaxşı üçüncü, həmçinin meydan sahibi Fransa birbaşa final mərhələsinə vəsiqə qazaqacaq. Qalan 4 vəsiqənin sahibi isə 8 qrupda üçüncü yeri tutmuş komandalar arasındakı play-off matçlarında müəyyənləşəcək.
AVRO-2016: play-off mərhələsinin oyun günləri
1-ci matçlar: 12-13-14 noyabr 2015
2-ci matçlar: 15-16-17 noyabr 2015
AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi 2015-ci ilin 12 dekabrında Fransanın paytaxtı Parisdə keçiriləcək. Finala vəsiqə qazanmış 24 komanda hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək.
OXŞAR XƏBƏRLƏR