Rusiya Prezidenti Vladimir Putin 8 yaşlı dağıstanlı Raisat Akipova və ailəsi ilə görüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iyunun 28-də Dağıstana səfəri zamanı Putinlə danışmaq istəyən, lakin bunun mümkün olmayacağını bilib məyus olan Raisəti Putin ailəsi ilə birgə Kremldə qonaq edib.
Putinlə görüşə bilmədiyi üçün ağlayan kiçik qızın fotosunu görən Rusiya prezidentinin tapşırığı ilə baş tutan görüş mehribanlıq şəraitində keçib.
Dərbəndli ailə ilə görüşən Putin kiçik qızla çıxışında "Dərbənddən çıxanda mənə ağlayan şəklini göstərdilər. Meydanda hər kəslə danışa bilmirəm, amma sənin şəklin məni çox üzdü. Moskvanı tez-tez tərk edə bilmirəm, mən sizi dəvət etmək qərarına gəldim”.
Açıqlamada ictimaiyyətin Putinə dəstəyinin davam etdiyi də vurğulanıb.
Mikayıl