Rusiya nümayəndələri ilə ABŞ-nin yeni administrasiyası arasında ilk təmaslar problemlərin həlli üçün qarşılıqlı ümid yaradır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasının geniş iclasında deyib.
Onun sözlərinə görə, amerikalı tərəfdaşlar "köhnə klişelərdən” imtina etmək istəyi və praqmatizm nümayiş etdirirlər:
"Biz hamımız dünya və dünyadakı vəziyyət necə sürətlə dəyişdiyini görürük. Bu baxımdan qeyd etmək istərdim ki, ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur. Dövlətlərarası münasibətlərin bərpası istiqamətində qarşılıqlı münasibət var”.