"Putin artıq bu müharibəni uduzub" - Yeganə Hacıyeva

"Putin artıq bu müharibəni uduzub" - Yeganə Hacıyeva
SİYASƏT
15:51 10.10.2022
1367
Ukrayna-Rusiya müharibəsində vəziyyətin yenidən gərginləşməsi Üçüncü Dünya Müharibəsinin də yenidən müzakirə obyektinə çevrilməsinə səbəb olub.
 
Bəs bununla bağlı gözləntilər nə yerdədir? Hazırda Üçüncü Dünya Müharibəsinin başlanması üçün əsaslı elementlər varmı?

Politoloq Yeganə Hacıyeva məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

O fikirlərə bu cür münasibət bildirib:

"Ukrayna-Rusiya müharibəsinin gedişatı ilə bağlı Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı fikirlər var idi. Bu istiqamətdə bir neçə ciddi araşdırmalar da aparılıb. Amma ümumi güclər balansının dəyərləndirilməsi ilə, strateji, hərbi və s. deməyə əsas verirdi ki, Üçüncü Dünya Müharibəsi ilə bağlı gözləntilər var. Amma reallıqda buna əsas görünmür. 
 
Üçüncü dünya müharibəsi ilə bağlı mediada təqdimat var. Amma region ölkələrinin qoşula biləcəyi bir gərginlik varmı? Düşünürəm ki, var və buna da müəyyən anlamda hazırlıqlar gedir. Avropa Birliyinin Moldova ilə Ukrayna arasında monitorinq missiyası qrupu var. Həmin qrup mütəmadi olaraq hesabatlar dərc edir. Həmin hesabatlarda eskolasiyanın artması ilə bağlı görüntülər var. Ümumilikdə, Rusiya növbəti bir düşmən obrazı yaratmaq üçün MDB ölkələrinin hansınasa hücum edə biləcəyini düşünmürəm. Amma təsadüfən Moldova ərazisinə raket atıla bilər və gərginlik yarana bilər.
 

 
Yeganə Hacıyeva bildirib ki, dünya müharibəsi ilə bağlı gözləntilərdən də danışıb: 
 
Ümumilikdə, Üçüncü Dünya Müharibəsinin onsuz da əsasları formalaşıb. Bu proseslər gedir. Bunun üçün xüsusi bir müharibə elan etmək və ya hamının cəlb edilməsi real deyil. Rusiya üçün isə bu vacibdir. Çünki bu hadisə məsələni Ukrayna-Rusiya konteksindən çıxarıb, Üçüncü Dünya Müharibəsi konteksinə sala bilər. Amma, fikrimcə, bunun baş tutması gözlənilən deyil”.

Politoloq həmçinin qeyd edib ki, Putin artıq bu müharibəni uduzub:

"Müharibə ilə bağlı qəti fikrim belədir ki, Rusiya hakimiyyəti ilə Rusiya dövləti arasında fərq qoymaq lazımdır. Rusiya hakimiyyəti, başda Putin olmaqla bu müharibəni artıq uduzub. Amma dövlət baxımından Rusiya nə qazanar, nə qazanmaz, bu məsələdə düşünmək lazımdır. Məsələn, Qərbin, Avropa Birliyinin, ABŞ-ın, NATO-nun Ukraynaya bu qədər dəstəyinin əsasında Avropa Birliyinin təhlükəsizlik elementinin zədələnməyə qoymaması dayanır. Amma qarşı tərəfdən də Avropa Birliyinin təhlükəsizliyi Rusiyasız qurulmayacaq. Ona görə də burada Rusiya ilə bağlı fərqli fikirlər var. Amma Putinlə bağlı fərqli fikirlər yoxdur, birmənalıdır". 
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR