Putin bəbirin qəfəsinə girdi - VİDEO

DÜNYA
20:00 04.02.2014
1518

Rusiya prezidenti Vladimir Putin Fars bəbirinin saxlanıldığı reablitasiya mərkəzində olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident vəhşi heyvanın saxlanıldığı qəfəsə girib.

Altı aylıq Qrom adlı bəbirin qəfəsində maraqlı anlar yaşanıb. Adamların çoxluğundan narahat olmağa başlayan bəbir jurnalistlərə hücum edib və media nümayəndələri dərhal qəfəsi tərk ediblər.

Putin isə hələ bir müddət də bəbirlə eyni qəfəsdə qalıb. Daha sonra jurnalistlərə açıqlama verən prezident “ heyvanları sevirəm, görünür onları hiss edirəm” deyib.

OXŞAR XƏBƏRLƏR