Putin: “Bizim ən mühüm vəzifəmiz nüvə gücümüzü artırmaqdır”

Putin: “Bizim ən mühüm vəzifəmiz nüvə gücümüzü artırmaqdır”
DÜNYA
11:43 22.06.2023
138
Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında müxtəlif hərbi məktəbləri fərqlənmə diplomu ilə bitirmiş gənc zabitlərlə görüşüb. 

AZXEBER.COM xəbər verir ki, zabitləri təbrik edən Putin ordunun gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Kreml sarayında gənc zabitlərlə görüşən Rusiya lideri Putin deyib: "Ən mühüm vəzifəmiz Rusiyanın təhlükəsizliyinin və qlobal sabitliyin əsas təminatı olan nüvə enerjimizin inkişafıdır”.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə enerjisini inkişaf etdirməyi ən mühüm vəzifə hesab etdiklərini bildirib və əlavə edib ki, "Rusiyanın nüvə gücləri effektiv və etibarlı şəkildə strateji çəkindirmə təmin etməyə və qlobal güc balansını qorumağa imkan verir”.

Putin ordunun gücləndirilməsi və ölkənin təhlükəsizliyinin həmişə prioritet olduğunu deyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR