Putin bu ilin sonunda Hindistana səfər edəcək

Putin bu ilin sonunda Hindistana səfər edəcək
DÜNYA
17:52 08.08.2025
119
Bu ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edəcək.

Bu barədə Hindistanın Baş naziri Narendra Modi özünün "X” hesabında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı məlumat verərkən bildirib.

O, Putinlə ətraflı və məhsuldar söhbət apardığını, ikitərəfli münasibətlərin inkişafının müzakirə olunduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Əlavə olaraq, Ukrayna mövzusunda da fikir mübadiləsi aparılıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR