“Rusiyanın Ukraynaya qarşı hərəkətləri soyuq müharibənin bitməsindən sonra bütün dünyada sülhə ən ciddi təhlükəlidir”.
Musavat.com-un məlumatına görə, bunu “The Guardian”ın analitiki Conatan Cons yazıb:
“Məsələ çox ciddidir və dünya buna daha böyük diqqət ayırmalıdır. Ola bilsin, mənimlə kimsə razılaşmasın, ancaq bu dəqiqə Vladimir Putin dünyada ən təhlükəli adamdır... Əgər mən haqlıyamsa, o zaman Lenin sayağı sual da verilməlidir: nə etməli?”
Müəllif sualı özü də cavablandırır. Onun qənaətincə, iqtisadi izolyasiyadan daha çox, Rusiyanın mədəni təcridi yaxşı effekt yaradardı.