Putin: "Əməliyyatımız uğur qazanana qədər davam edəcək və dayanmayacağıq”

Putin: "Əməliyyatımız uğur qazanana qədər davam edəcək və dayanmayacağıq”
MANŞET
17:33 12.04.2022
782
"Əməliyyatımız uğur qazanana qədər davam edəcək və dayanmayacağıq”.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
 
Putin bu əməliyyatla Rusiyanı qoruduqlarını qeyd edib: "Biz Ukraynada hərbi əməliyyat keçirməklə Rusiyanı qoruyuruq, başqa seçimimiz yox idi. Əməliyyatımız uğur qazanana qədər davam edəcək və dayanmayacağıq”, deyə Putin bildirib.
 
O, həmçinin bu hərbi əməliyyatda məqsədlərinə çatacaqlarına şübhə etmədiyini qeyd edib. Putin həmçinin qeyd edib ki, dünyadan təcrid olmayacaqlar:
 
"Özümüzü təcrid etməyəcəyik. Müasir dünyada heç kim ciddi şəkildə təcrid oluna bilməz. Qarşılıqlı əlaqə yaratmaq istəyən tərəfdaşlarla işləyəcəyik”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR