Putin-Ərdoğan görüşündə hansı razılıq əldə ediləcək? - Politoloq açıqladı

Putin-Ərdoğan görüşündə hansı razılıq əldə ediləcək? - Politoloq açıqladı
DÜNYA
15:55 04.09.2023
334
Xəbər verdiyimiz kimi, Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb. Soçidə keçirilən görüşün əsas müzakirə mövzuları dünya ərzaq təhlükəsizliyi, Qara dənizdə sabitlik, "Taxıl sazişi”nin bərpası olacaq.

Bəs Ərdoğan-Putin görüşündən gözləntilər nədir?

Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Prezidentlər arasındakı danışıqlar birmənalı şəkildə Ukrayna ilə bağlı olacaq:
 

 

"Ərdoğan bununla bağlı bir sıra bəyanatlar verib. Putin üçün Ərdoğan yeganə şəxsdir ki, moderatorluğu öz üzərinə götürüb. Suriyada qızğın faza zamanı Türkiyə ilə Rusiya arasında müəyyən razılıq əldə olunub. Burada demək olar ki, zonalara bölmüşdülər. Rusiya çox yaxşı başa düşür ki, Türkiyənin orda maraqları var. Bu maraqlar Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi ilə bağlıdır. Türkiyə-Rusiya arasında atom enerjisi ilə bağlı bir sıra razılıqlar da var. Türkiyənin  Akkuyu Atom Elektrik Stansiyası artıq birinci blokunun istismara verilməsinin anonsu da verilmişdir. Bu çox ciddi məsələdir. Hər iki tərəfin maraqlarına cavab verir”.

Politoloqun fikrincə, Atom Elektrik Stansiyanın inşası da müzakirə gündəmində olacaq:

"Bunların hər biri ciddi, hər iki dövlət maraqlandıran, narahat edən məsələlərdir. Ancaq düşünürəm  ki, Türkiyəni narahat edən Ukraynada gedən müharibənin dayandırılmasıdır.  Türkiyə Prezidenti dəfələrlə bəyan edib ki, müharibənin dayanması üçün əlindən gələni edəcək. 
Çətin, mürəkkəb problemdir, ancaq Türkiyə bunu öz üzərinə götürürsə, demək, varinatları da var. Taxıl problemi də müzakirələr arasındadır. Rusiya müəyyən müqavimət göstərirdi Ukraynadan taxılın çıxarılmasına, bu da ciddi problem kimi ətraflı müzakirə olunacaq. Ola bilsin ki, tərəflər hansısa bir razılığa gələ bilərlər”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR