Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin telefon danışığı zamanı Türkiyədə ötən gün baş verən terror aktına görə türk xalqına baş sağlığı verib. Qeyd edək ki, telefon danışığının bu gün keçiriləcəyi barədə məlumatı dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vermişdi. O, danışığın Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacağını bildirmişdi. Məlumatda Putin-Ərdoğan görüşü haqqında daha sonra ətraflı açıqlama veriləcəyi qeyd edilib.