Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd bölgələrində keçirilən hərbi təlimlərin dayandırılması haqda göstəriş verib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, dünən Putinə təlimlərin uğurla keçdiyi haqda məruzə edilib. Bundan sonra Putin hərbi birləşmələrin komandirlərinə hərbi hissələrə qayıtmaq haqda göstəriş verib.
Bununla belə Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Xarkov, Luqansk və Donetsk vilayətləri ilə sərhəd bölgələrində hərbi texnikanın cəmləşdiyi haqda məlumat yayıb.