Putin hərbçilərin sayının artırılması haqqında fərman imzaladı

Putin hərbçilərin sayının artırılması haqqında fərman imzaladı
DÜNYA
18:37 25.08.2022
486
Rusiya Silahlı Qüvvələrinin sayı 2,39 milyon nəfərədək artırılacaq.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd olunur ki, bu göstəricinin 1,15 milyon nəfəri hərbi qulluqçular, digərləri mülki şəxslər olacaq.

Fərman yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibi 1,9 milyon nəfərdən çoxdur və bunun 1,013 nəfərini hərbi qulluqçular təşkil edir.
OXŞAR XƏBƏRLƏR